22 qat “Böyük Dəbilqə” çempionu, ispaniyalı tennisçi Rafael Nadal karyerasını başa vurub.
KONKRET.az xəbər verir ki, son görüşündə Botik van de Zandşulpa 1/4 finalda 0:2 (4:6, 4:6) hesabı ilə məğlub olan Rafael Nadal daha sonra karyerasını başa vurduğunu bildirib.
Nadal pərəstişkarları ilə göz yaşları ilə sağollaşıb və ona hər zaman qeyd-şərtsiz dəstək olduqları üçün təşəkkür edib:
“Bu 20 il ərzində siz məni çiyninizdə daşıdınız, yaxşı anlarda qalib gəlməyimə kömək etdiniz və pis anlarda da mübarizəni davam etdirməyə sövq etdiniz” .//Milli.az