Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir.
Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin iclasında deyib.
O bildirib ki, məktəbəqədər təhsil müəssisələrində əlçatanlıq məsələsi son 3 ildə 16%-dən 40%-ə çatdırılır:
“Bizə ayrılan büdcə vəsaitinin böyük hissəsi məhz məktəbəqədər təhsil hissəsinin artırılmasına yönəldilir. Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir. Ölkədə hər il 120 min uşaq doğulur. Yəni biz 1 yaşı saymasaq, yarım milyon uşağı məktəbəqədər təhsilə yönəltmək istəsək, cari ildə xərclərimiz 2 milyard manat olar. Əgər bu realdırsa, biz bu söhbəti davam etdirə bilərik. Lakin bu məsələdə reallıq görmürüksə, həmişə alternativ modellərdən danışacağıq”.