Ukrayna ATACMS-dən istifadə etdikdən sonra danışıqlar mümkün olacaqmı? — Pentaqondan AÇIQLAMA
Pentaqonun keçmiş köməkçisi Stiven Brayan “Silahlar və Strategiya” məqaləsində bildirib ki, Ukrayna tərəfinin Amerika ATACMS raketlərindən istifadə etməsi Rusiya ilə sülh danışıqlarını qeyri-mümkün edir.
Demokrat.az xəbər verir ki, ekspertin fikrincə, ABŞ prezidenti Co Bayden münaqişəni uzatmaq və Ağ Evin seçilmiş rəhbəri Donald Trampın sövdələşməsini demək olar ki, qeyri-mümkün etmək niyyətindədir.
"ATACMS-dən istifadə ideyası təxribatdır və Bayden administrasiyası tərəfindən Ukrayna və Rusiya arasında danışıqlara mane olmaq üçün istifadə olunur" - deyə o, bildirib.
O, həmçinin Ukraynanın ATACMS-dən istifadəsinin münaqişənin gedişinə heç bir şəkildə təsir etməyəcəyinə əminliyini ifadə edib.
Əfsanə Kamal
Demokrat.az