AZ

Ukrayna ilk dəfə Rusiya ərazisinə Britaniyanın “Storm Shadow” raketlərini atıb

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Britaniyanın “Storm Shadow” raketlərini Rusiyanın dərinliklərinə buraxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” ona yaxın mənbəyə istinadla yazıb.

Nəşrin məlumatına görə, Kursk vilayəti uzaqmənzilli raketlərlə hücuma məruz qalıb. Qeyd olunur ki, bölgə üzrə 12-yə qədər patron atılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası Rusiyaya zərbələr endirmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadəni təsdiqləyib.

Bizim.Media

Seçilən
16
2
bizim.media

1Mənbələr