AZ

Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilib -Lazzarini

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini İsrailin hücumları altında Qəzza zolağının uşaqlar üçün qəbiristanlığa çevrildiyini bildirib.

Redaktor.az xəbər verir ki, Lazzarini Dünya Uşaq Hüquqları Günü münasibətilə sosial media hesabında fələstinli uşaqların vəziyyəti ilə bağlı paylaşım edib.

Uşaq Hüquqları Konvensiyasına işarə edən Lazzarini beynəlxalq ictimaiyyətin bu addımı ilə uşaqların hüquqlarına hörmət və dəstək verməyi öhdəsinə götürdüyünü xatırladıb.

Lazzarini qeyd edib ki, bu razılaşmaya baxmayaraq, fələstinli uşaqların hüquqları hər gün pozulur.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzzada uşaqların vəziyyəti ilə bağlı Lazzarini bu açıqlamaları verib:

"Qəzza uşaqların məzarlığına çevrilib. Öldürülür, yaralanır, məcburi köçkün edilir, təhlükəsizlikdən, təhsildən, oyundan məhrum edilir. Uşaqlıqları oğurlanıb və daha bir il təhsil ilini itirərək itirilmiş nəsil olmaq yolundadır". 

Seymur BƏNNAYEV 

Seçilən
27
redaktor.az

1Mənbələr