Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımları sülh prosesinə zərbədir.
Leqal.info xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilib.
“Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta