Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunun təşkilaçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Arena.az bu barədə Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə tövhə vermək məqsədi ilə təşkil olunub.
Aksiyada “Turan Tovuz” Futbol Akademiyası, “Tovuz” Regional Voleybol Klubu və Tovuz Rayon İcra Hakimiyyəti də iştirak ediblər.
Qeyd edək ki, aksiya sağlam ekologiya naminə “Yaşıl dünyanı birlikdə quraq və qoruyaq” şüarı ilə keçirilib. Aksiyada Tovuz Rayon Abulbəyli kəndi ərazisində 100-ə yaxın ağac əkilib.