Rusiyanın Kiyevə gözlənilən kütləvi hava hücumu fonunda ABŞ, İspaniya, İtaliya və Yunanıstan səfirliklərini bağlayıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Kiyevə gözlənilən hava hücumu fonunda qeyd olunan ölkələrin diplomatik nümayəndəlikləri ziyarətçilərə xidmət göstərmədiklərini açıqlayıb.
Qeyd edək ki, Kiyev və Ukraynanın daha beş regionunda hava hücumu xəbərdarlığı elan edilib.