Böyük Britaniyanın Baş naziri Keyr Starmer genişmiqyaslı müharibənin 1000-ci günü münasibətilə Rusiya prezidentinə müraciət edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsinin 1000-ci günündə bir daha deyirəm: müharibəni dayandırın. Ukraynanı tərk edin”, - Starmer bildirib.
O, həmçinin qeyd edib ki, Putin G20 sammitinə üç ildir ki, gəlmir və günahkar özüdür.