AZ

Azərbaycan ilə Gürcüstanın birgə layihələri müzakirə edildi

Azərbaycanla Gürcüstan arasında birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti, tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün potensial diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com
Seçilən
4
10
teleqraf.com

10Mənbələr