İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri və müxalif "Ədalət naminə hərəkat" partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb.
Day.Az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Bildirilib ki, məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
İmran Xan bu ilin yanavar ayında dövlət sirrinin yayılması işi üzrə mühakimə olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib.