AZ

Bazar qiymətlərinin müəyyən edilməsi daha obyektiv olacaq

Vergi yoxlamalarında malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin müəyyən edilməsi üçün yeni mexanizm tətbiq ediləcək.

Fins.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Mövcud qanunvericilikdə bazar qiymətləri Vergi Məcəlləsinin 14.4-cü maddəsinə uyğun olaraq əməliyyat tarixindən 30 gün əvvəl və ya sonra analoji malların (işlərin, xidmətlərin) qiymətləri əsasında müəyyən edilir. Bu mümkün olmadıqda, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsindəki digər qiymətləndirmə üsulları tətbiq olunur.

Lakin mövcud üsullarla qiymətlərin müəyyən edilməsi çətinliklər yaradır:

  • Eyni xüsusiyyətlərə malik, oxşar əməliyyatlar aparan vergi ödəyicilərinin göstəricilərini tapmaq çətindir.
  • Vergi uçotunun qanunvericiliyə uyğun aparılmaması qiymətləndirmə prosesini mürəkkəbləşdirir.
  • Mübahisəli məsələlər məhkəmə çəkişmələrinə səbəb olur.

Təklif olunan dəyişikliklərə əsasən:

  • Bazar qiymətlərinin Vergi Məcəlləsinin göstərilən üsullarla müəyyən edilməsi mümkün olmadıqda, qiymətlər müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən təyin ediləcək.

Dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və qiymətlərin daha dəqiq və obyektiv müəyyən edilməsinə xidmət edəcək.
 

Fuad Mədətov
Fins.az

Seçilən
15
fins.az

1Mənbələr