AZ

G20 sammitində Ukrayna ilə bağlı qərar mübahisələrə səbəb oldu

Rio-de-Janeyroda keçirilən G20 sammitində Braziliya prezidenti Luiz İnasiu Lula da Silva Ukrayna ilə bağlı qızğın müzakirələrin qarşısını almaq üçün danışıqları vaxtından əvvəl başa çatdırıb. 

Demokrat.az
xəbər verir ki, bu, Rusiyaya qarşı daha sərt mövqe tələb edən Avropa ölkələrinin narazılığına səbəb olub. 

Bu barədə “Reuters” məlumat yayıb.

Yekun nəticə onların ümidlərini doğrultmayıb, Ukraynadan yalnız humanitar nəticələr kontekstində danışılıb.

G20 sammitində avropalı nümayəndələr Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın danışıqlara son qoymaq və yekun bəyanatı bir gün əvvəl dərc etmək qərarından narazı olduqlarını bildiriblər.

Mənbələr “Reuters” agentliyinə bildiriblər ki, bu, Ukrayna ilə bağlı qızğın müzakirələrin qarşısını almaq üçün edilib.

Adətən yekun mətn sammitin sonunda dərc olunur, lakin Lula da Silva bunu danışıqların son günündə, Fransa, ABŞ və Almaniya liderlərinin otaqda olmadığı bir vaxtda təsdiqləyib. 

Braziliyalı diplomatlar bu qərarın sammitin yekun bəyannamə olmadan başa çatması riskindən qaçmaq üçün verildiyini bildiriblər.
Avropalıların Rusiyanın Ukrayna münaqişəsindəki rolu ilə bağlı daha sərt dillə ifadə edilməsi xahişlərinə baxmayaraq, yekun mətn onların mövqeyini əks etdirməyib. 

Agentliyin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron qəbul edilən sənədin Fransanın gözləntilərinə cavab vermədiyini bildirib.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
1
1
demokrat.az

2Mənbələr