Braziliyalı ulduz futbolçu Neymar Dubaydakı dəbdəbəli "Bugatti Residences"də 43 milyon funt-sterlinqə mənzil alıb.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, zədəsi səbəbindən 15 ayda “Əl-Hilal”da cəmi 7 oyun keçirən 32 yaşlı futbolçunun şəxsi avtomobil lifti və hovuzu olan bu mənzilə ödədiyi məbləğ müzakirələrə səbəb olub.
Futbolçu həmçinin bu yaxınlarda Mayamidə 20,5 milyon funt-sterlinq dəyərində dəniz kənarında mülk alıb və Braziliya sahillərində 7 milyon funt-sterlinqə özəl ada almağı planlaşdırır. Neymar model ortağı və qızı Mavinin anası Bruna Biankardi ilə yenidən bir araya gəlib.
Məşhur futbolçunun sözügedən dəbdəbəli evinin görüntülərini təqdim edirik.