AZ

Rusiyaya atılmış 6 raketin neçəsi tutuldu?- Kreml və Pentaqondan ziddiyyətli xəbərlər....

Image

Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib. Raket Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyektə düşüb.

“Noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya Federasiyasının Bryansk vilayətinin Karaçev şəhərindəki 1046 saylı maddi-texniki təminat mərkəzinə ballistik raketlə zərbələr endirib. Hədəfə alınan ərazidə silsilə partlayışlar və yanğın qeydə alınıb. Hədəf uğurla vurulub”, - məlumatda deyilir.

Qeyd edək ki, Karaçev Bryanskdan çox da uzaqda deyil və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir.

Bundan sonra nə baş verə bilər, Rusiya nüvə silahına əl ata bilərmi? Putin arada bir səsləndirirdi ki, Rusiyanın süverenliyinə təhlükə yarandığı halda taktiki nüvə silahından istifadə edilə bilər. İlk dəfə 2022-ci ilin payızında Ukrayna əks-hücuma keçərək işğal altında olan 80 min kvadratkilimetr ərazisini azad edəndə Moskva tərəfi belə bir işarə vermişdi. Lakin sonradan  Qərb və Amerika tərəfindən Rusiyanın dərinliklərini uzaq mənzilli raketlərlə vurmaq Ukraynaya qadağan edildi. Bundan sonra isə Putinin nüvə silahi ritorikasi səngidi.

Artıq Rusiya ərazisinə Ukrayna SQ tərəfindən 6 uzaq mənzilli raket atıldığı bildirilir. Rusiya deyir ki, beşini vurublar, birini isə zədələyiblər. Pentaqon isə məlumat verir ki, raketlərdən dördü hədəfə dəyib, ikisi virulub.

Sədrəddin Soltan: "Bu, Putin hakimiyyətinin və Rusiyanın işğalçı siyasətinin fəlakəti ola bilər"

Sualımıza cavabında siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, əslində Rusiya nüvə silahı ritorikasından çəkindiricilik məqsədilə istifadə edir: "Strateji nüvə silahları isə yalnız hədəf ərazisində problemlər yarada bilir. Əgər Rusiya belə bir addım atarsa, ona qarşı daha ciddi və daha böyük həcmdə sanksiyalar tətbiq edilə bilər. Bu həm də Rusiyanı müdafiə edən Çinə və Şimali Koreyaya başağrısı ola bilər. Ona görə də Rusiyanın taktiki nüvə silahından istifadə etmək ehtimalı azdır.

Ukraynanın isə Rusiyanın dərinliklərini ballistik raketlərlə vurmasi artıq reallaşır. Çünki Rusiyanın müharibə və ya xüsusi əməliyyatı hədəflədiyi əraziləri aşıb. Tutaq ki, Rusiya Luqansk, Donbas və Krımı öz ərazisi sayaraq bu ərazilər daxilində Ukraynaya qarşı müharibə apardığını deyirdisə, indi artıq Rusiya Lvovu, Kiyevi və qərbi Ukraynanın başqa şəhərlərinin də davamlı olaraq uzaq mənzilli raket atəşinə tutur. Özü də bu raket atəşlərı mülki obyektləri də hədəfə alır. O halda Ukraynanın özünü müdafiə etmək üçün müharibəni Rusiyanın daxilinə keçirməyə haqqı var. Rusiyanın isə bu halda "mənim ərazilerimi Ukrayna vurdu" deməyə haqqı çatmır. Çünki o, Ukrayna ərazisi olan Krımı, Donbası və Luqanskini işğal və ilhaq edib. Yəni rus məntiqi ilə düşünülərsə Ukrayna Rusiya ərazisində çoxdən müharibə aparır. Odur ki, Rusiya üçün Krasnodarla Luqanskın heç bir fərqi yoxdur, Rusiya hər iki regionu öz ərazisi sayır. Yəni Luqanska raket atılması ilə Krasnodara raket atılması Rusiya üçün fərq etməməlidir. Çünki hər ikisini öz ərazisi sayır. Bu baxımdan Moskvanın "Ukrayna mənim ərazimi vurub" deməsi məntiqi sayılmır. Rusiya ərazilərinin raket atəşinə tutulması təkcə Putin hakimiyyətinə qarşı çevrilməyib, bu həm də rəsmi Moskvani dəstəkləyənlərə qarşıdır. Yəni bu həmlə həm də Şimali Koreyaya, Çinə və İrana qarşıdır. Rusiya həm də bu ölkələr uğrunda Ukraynada Qərb və Amerika ilə savaşır.

Rusiyanın hədələrindən biri budur ki, əgər ölkənin dərinlikləri uzaq mənzilli raketlərdən istifadə edilməklə vurularsa və NATO bu əməliyyatlarda iştirak edərsə, o halda Rusiya aliyansın ona həmsərhəd olan üzv ölkələrini hədələyə və ya onların ərazisində hərbi əməliyyatlar keçirə, yəni bu ölkələrə raket zəribələri endirə bilər. Bu, Putin hakimiyyətinin və Rusiyanın işğalçı siyasətinin fəlakəti ola bilər. Eyni zamanda, bu, Rusiyanın yuxarıda sadaladığımız müttəfiqlərinə də ciddi problemlər yarada bilər. Ona görə də Rusiyanın taktiki nüvə silahlarından istifadə edəcəyi barədə bəyanatlar verməsi çəkindirici xarakter daşıyır.

Eləcə də Moskvanın NATO üzvü olan ölkələri hədələməsi də ərazisinin dərinliklərini raket hücumundan müdafiə etmək üçün nəzərdə tutulub. Çox böyük ehtimal ki, gələcəkdə Ukrayna Rusiya ərazilərinin dərinliklərinə F-15 qırıcı təyyarələri ilə də hücum edə bilər. Artiq Ukraynanın F-15 təyyarələri var və yeniləri də tədarük olunmaqdadır.

Donald Tramp hakimiyyəti dövründə isə Ukrayna ətrafında yaranmış koalisiyanın Rusiyaya qarşı müharibəni daha da aktivləşdirəcəyini ehtimal edirəm. Bu müharibə Rusiya-Ukrayna müharibəsi deyil, bu müharibə Amerika-Avropa və Rusiya-Çin-Şimali Koreya-İran birliyi arasında gedir. Bu savaş Ukraynada və Yaxın Şərqdə davam edir".

Dəniz NƏSİRLİ





Seçilən
149
44
baki-xeber.com

10Mənbələr