Rusiyanın Londondakı səfiri Andrey Kelin İngiltərəni Rusiyaya qarşı proksi müharibəsi aparmaqda ittiham edib və bildirib ki, müharibə keçmiş baş nazir Boris Consona görə 2022-ci ildə bitməyib.İngilis radiostansiyası LBC-nin canlı internet yayımına qatılan və açıqlama verən Kelin Ukraynada qazanan tərəfin Rusiyanın olduğunu və Kiyevi almaq niyyətlərinin olmadığını qeyd edib.Ukraynada 4 bölgəni azad etmək istədiklərini ifadə edən Kelin, Ukraynanın Rusiyaya istiqamətli hücumlarında ingilis silahlarından istifadə etdiyinə diqqət çəkərək, “Rusiyaya qarşı Storm Shadow" raketlərinin atılması İngilis ordusunun dəstəyi olmadan mümkün olmazdı. İngiltərə Rusiyaya qarşı proxy müharibə aparır" ifadələrini işlədib.Kelin İngiltərə ilə müharibə etmədiklərini, lakin İngiltərənin Ukrayna ilə birlikdə rus torpaqlarına hücum etdiyini bildirib.ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “Müharibələrə son qoyulması” açıqlamaları ilə bağlı danışan Kelin problemin 48 saatda həll edilə bilinməyəcəyini də vurğulayıb.Andrey Kelin vurğulayıb ki, Ukrayna nüvə silahından azad, neytral və NATO xaricində olmalıdır. Rusiyanın Ukraynada dayanmayacağına və digər ölkələrə qarşı müharibəyə başlamayacağına dair narahatlıqlara toxunan Kelin, "Bu, tamamilə mənasız bir bəyanatdır. Düşünürəm ki, insanları səfərbər etmək və Ukraynaya daha çox pul toplamaq üçün bunu edirlər" bildirib.Ukraynadakı problemi həll etməyi hədəflədiklərini və başqa ölkələrlə döyüşmək istəmədiklərini qeyd edən Kelin, Suriyadakı proseslərlə bağlı "İdlibdə durmaq səhv idi" deyib.Nüvə gücünün istifadəsi ilə bağlı məsuliyyətli davranacaqlarını və gərginliyi artırmayacaqlarını ifadə edən Kelin, "Böyük bir problem olmasa, nüvə gücündən istifadəyə ehtiyac qalmayacaq. Ancaq bu, tamamilə Ukrayna və müttəfiqlərinin necə hərəkət edəcəyinə bağlıdır” qiymətləndirməsini edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta