AZ

İmran Xan girov müqabilində AZADLIĞA BURAXILDI

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın korrupsiya işində girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, məhkəmə İmran Xanı hər biri 1 milyon rupi (3611 dollar) olmaqla iki depozit şərti ilə girov müqabilində azad edib. 
 

Qeyd edək ki, keçmiş baş nazir və həyat yoldaşı Büşra Bibi iyulun 13-də həbs edilib. Daha sonra keçmiş baş nazirin həyat yoldaşı girov müqabilində azadlığa çıxa bilib, əri isə həbsdə qalmışdı.


Pakistanın keçmiş baş nazirinin həbs olunmasına əsas səbəb İmran Xan və Buşra Bibi tərəfindən xarici hədiyyələrin qeyri-qanuni satılması ilə bağlıdır. Onların arasında 7 ədəd Graff və Rolex saatları, o cümlədən 10 brilyant və qızıl-zinət əşyaları da var ki, onların dövlət “Toşaxana” anbarında saxlanılmaq əvəzinə, cütlük tərəfindən satıldığı iddia edilir.

Bizim.Media

Seçilən
1
4
bizim.media

5Mənbələr