Amerikalı müğənni Britni Spirs “İnstagram”da adını dəyişmək qərarına gəlib.
Qaziler.az xarici KİV-ə istinadla bildirir ki, pop ulduzu adını "Zayla Maria Rivera Red" yazıb. O, bu dəyişikliyin həyatında ciddi dəyişikliklərə səbəb olduğunu, ana dilini anlamaqda problem yaşadığını qeyd edib.
“Adımı Zayla qoyandan bəri ingilis dilini başa düşməkdə çətinlik çəkirəm”, - deyə müğənni yazıb.
Müğənni yeni adını təfərrüatı ilə izah etməyib, bu da pərəstişkarları arasında suallar yaradıb. Zayla adının Meksika hindularının mədəniyyətində xüsusi kökləri var. Odur ki, bu seçimin də sənətçi üçün dərin simvolik mənası olduğu qeyd olunur.
QAZİLER.AZ