Bakı. Trend:
“UNICEF Azerbaijan”ın “Uşaqlar idarəetmədə” (“Kids Takeover”)layihəsi çərçivəsində məktəbli Əsma Mənsurzadə Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinə birgünlük rəhbərlik edib. O,hüquqları ilə bağlı qərarların necə qəbul edildiyinin şahidi olubvə bu sahədə öz fikirlərini formalaşdıraraq, təkliflər irəli sürməkimkanı əldə edib.
Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsindən məlumat verilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, noyabrın20-si bütün dünyada, həmçinin Azərbaycanda uşaq hüquqları günü kimiqeyd olunur: “Məqsəd uşaqların hüquqlarının qorunmasını təminetmək, onların sağlam, təhlükəsiz və bərabər şəraitdə yaşamaq,təhsil almaq və inkişaf etmək hüquqlarını bir dahavurğulamaqdır.
Bu gün biz cəmiyyətin diqqətini uşaqların üzləşdiyi problemlərə,konfliktlər, iqlim dəyişiklikləri və digər səbəblərdən meydanaçıxan zorakılıq, ayrı-seçkilik, yoxsulluq və təhsildən məhrum olmakimi məsələlərə yönəldir və onları həll etməyə çağırırıq.
Bu, bizim üçün uşaqların rifahını yaxşılaşdırmağa yönələn qlobalhəmrəyliyi və iş birliyini gücləndirən əlamətdar bir tarix, onlarınöz tükənməz enerjisi, yaradıcılığı və qətiyyətləri ilə harmonik birdünyanın qurucuları və insanlığın sabahı olduqlarını vurğuladığımızgündür.
Gəlin hamılıqla Gələcəyə doğru irəliləyərkən onların missiyasınıdəstəkləməyə davam edək!".
Əsma Mənsurzadə isə deyib ki, Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rolunu birgünlükəvəz etmək unudulmaz və gözəl xatirə, həm də maraqlı təcrübə oldu:“Bu təcrübə mənə komitənin fəaliyyətini anlamaqla yanaşı, uşaqlarınhüquqlarını qorumağın cəmiyyətimiz üçün nə qədər vacib olduğunu birdaha göstərdi və məni gələcəkdə uşaqların səsi olmağa, onlarınhüquqlarını qorumağa daha da ruhlandırdı”.