Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən OXU24.COM -a verilən məlumata görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.