AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - ailə üvləri ilə təmaslarda emosional olmayın. Hisslərinizi cilovlamasanız, planları dəyişmək məcburiyyətində qalacaqsınız. İşdən icazə alın, ailə qayğısını çözün. Ailə üzvləri sizə güvənirlər.

Buğa - sakit ritmlə işləsəniz, tələskənliyə yol verməsəniz, bütün işlərin öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələlərinin həllində uğurlu irəliləyişlər ola bilər. Yeni gəlir mənbələri arayın. Bel bağladığınız insanlardan dəstək alacaqsınız.

Əkizlər - daşınmaz əmlakla bağlı məsələlərin effektiv həlli üçün əlverişli zamandır. Təmir, yaşam arealının yaxşılaşdırılmasına başlamaq olar. Yeni mebel almaq üçün münasib vaxtdır.

Xərçəng - yalnız ideyaları ön plana çəkməyin. Planlaşdırılmış fəaliyyət olmadan işlərdə önəmli uğurlara nail olmaq mümkün deyil. Əks təqdirdə bir müddət sonra yerinizdə saydığınızı görəcəksiniz. Əhvalınız dəyişə bilər.

Şir - pozitiv düşüncə tərzi, qüvvələrinizə inam uğurunuzun rəhnidir. Yaxın ətrafınızdakı insanlar arasında biri yaxın tərəfdaşınız ola bilər. Yardım və dəstək olmadan bugünkü işlərin öhdəsindən gələ bilməyəcəksiniz.

Qız - ətrafınızdakı insanlarla davranışda eqoist olmayın. Unutmayın ki, eqosentrizm yaxşı heç nə vəd etmir. Səmimiyyət can atdığınız nəsnəni asanlıqla əldə etməyinizin əsas şərtidir. Məqsədə çatmaq üçün nəyisə qurban verməlisiniz.

Tərəzi - gərəkli informasiyanı uzun müddətdən bəri tapa bilmirsinizsə, onu alternativ mənbələrdə arayın. Yaradıcılıq fəaliyyəti o qədər də yaxşı deyil. Yaxın ətrafınızdakı insanlar sizi layiq olduğunuz səviyyədə dəyərləndirmirlər.

Əqrəb - yeniliklərin əxz olunması və yeni biliklərin əldə edilməsi üçün əlverişli zamandır. Fəaliyyət arealının genişləndirilməsinə ehtiyac duyulur. Bir qədər tək qalın, müstəqil çalışın. Bu minvalla təhlükəsizlik hissini gücləndirə bilərsiniz.

Oxatan - işgüzar fəaliyyət müstəvisindəki vəziyyət birmənalı deyil. Narahatlıq, nigaranlıq hissləri sizdə şübhələndiyiniz adamı ifşa etmək istəyi yarada bilər. Belə situasiyanı obyektiv izah etmək asan deyil. Axı böhran üçün heç bir obyektiv səbəb yoxdur.

Oğlaq - diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə qayğı ilə yanaşırlar. Onlar sizi tərifləyəcək, ideya və layihələrinizdə dəstəkləyəcəklər. Lakin bu durumdan sui-istifadə etməyə, ifrat dərəcədə yararlanmağa çalışmayın.

Dolça - yaxın ətrafınızdakı insanların qeydinə qalın. Başladığınız işlərə onları da cəlb edə bilərsiniz. Səxavətli olun, qayğınızı və səmimiyyətinizi dəyər verdiyiniz insanlardan əsirgəməyin. Maliyyə məsələlərində isə emosiyalara uymayın.

Balıqlar - bu yaxınlarda qəbul etdiyiniz qərarlar və əməlləriniz o qədər də xoş olmayan nəticələr yaradıb. Haqqınızda şayiələr yayanlar var. Köhnə borcu qaytarın. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə müşahidə edin. Vəziyyəti münaqişə həddinə çatdırmayaraq problemi həll etməyə çalışın.

Milli.Az

Seçilən
18
mia.az

1Mənbələr