AZ

"Beşiktaş" Avropa dəftərini İstanbulda qapatdı - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, C qrupunda "Beşiktaş" pley-offa vəsiqəni ötən turda rəsmiləşdirmiş "Ayaks"ı qəbul edib.

Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qara qartallar" 22-ci dəqiqədə Raşid Gezzalın penaltidən vurduğu qolla fasiləyə üstün yollansa da, ikinci hissədə qapısında 2 top görüb.

54-cü və 69-cu dəqiqələrdə fərqlənən Sebastyen Allye qonaqlara qələbə qazandırıb.

Bu nəticədən sonra "Beşiktaş" 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offuna düşmək şansını itirib və avrokuboklarda mübarizəni dayandırıb. "Ayaks" isə qələbə sayəsində qrup liderliyini təmin edib.

"Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland) -1:2

Qollar: Raşid Gezzal, 22 (pen). - Sebastyen Allye, 54; 69

Seçilən
22
sportinfo.az

1Mənbələr