AZ

Türkiyədə polisə silahlı hücum - yaralılar var - FOTOlar

İzmirdə saxlamaq istədikləri şəxslərin hücumuna məruz qalan 3 polis məmuru yaralanıb. Polislərdən ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Milli.Az xəbər verir ki, hadisə axşam saat 20:00 radələrində Seferihisar rayonu, Turabiye məhəlləsi ətrafında baş verib. Patrul xidməti göstərən polis qruplarına qarşı naməlum şəxs və ya şəxslər tərəfindən silahlı hücum təşkil edilib.

Hücum zamanı komissar Furkan Hakan Aşkın və polis əməkdaşları İbrahim Gümüştekin və Mehmet Tozun yaralanıb. Xəbər verildikdən sonra ünvana gücləndirilmiş polis qrupları və təcili tibbi yardım briqadaları göndərilib. Həkimlərin müayinəsi zamanı vəziyyəti ağır olan polis məmurları 9 Eylül Universiteti Xəstəxanasına, Komissar Aşkın isə Seferihisar Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində S.Ç. adlı şübhəli şəxs tutulub. İstintaq davam edir.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
31
11
milli.az

10Mənbələr