ABŞ nüvə müharibəsi təhlükəsinin qarşısını almaq üçün Rusiya, eləcə də Çin və KXDR ilə dialoq aparmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pentaqonun Strateji Komandanlığının sözçüsü Tomas Byukenan bildirib.
Byukenan vurğulayıb ki, ölkələr arasında real və substantiv dialoq dayanmamalıdır.
"Heç kim nüvə müharibəsi istəmir, elə deyilmi?" - deyə o bildirib.