AZ

Müəllimlərə şad XƏBƏR: Vəsait artırılır


Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.

"2025-ci ilin büdcə layihəsində Təhsil bölməsi üzrə 4.95 milyard manat (büdcədə xüsusi çəkisi 12% olmaqla) vəsait proqnozlaşdırılıb. Bu, ötən illə müqayisədə 396 milyon manat çox olmaqla, 8.7% artım deməkdir.

Təhsil bölməsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait 4.32 milyard manat proqnozlaşdırılıb ki, bu da ötən illə müqayisədə 197 milyon manat çox olmaqla, 4.8%  artım deməkdir".

Nazir əlavə edib ki, 2025-ci ilin büdcə layihəsində Elm köməkçi bölməsi üzrə ötən illə müqayisədə 8.3 milyon manat çox (3.5% artım) olmaqla ümumilikdə 244.4 milyon manat vəsait proqnozlaşdırılıb.

"Bu vəsaitin 81.1 milyon manatı Elm və Təhsil Nazirliyi tabeli elmi müəssisə və təşkilatlar üçün nəzərdə tutulub ki, bunun da 80%-i və ya 65.3 milyon manatı əməyin ödənişi xərcləri təşkil edir".
Seçilən
2
2
ann.az

3Mənbələr