Görüşdə iki ölkə arasında aqrar sahədə mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
M.Əliyeva Azərbaycan və Türkiyə əlaqələrindən, Toxumçular Assosiasiyasının fəaliyyətindən, o cümlədən aqrar sahənin inkişafından, əlverişli investisiya mühitindən, sahibkarlar üçün yaradılan şəraitdən danışıb. Assosiasiya sədri həmçinin aqrar sahədə mövcud problemlərdən, qarşıda duran vəzifələr haqqında da məlumat verib.
Görüşdə icra ediləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
//milli.az