Bizim Ermənistanla münasibətlərimiz tamamilə Azərbaycandan asılıdır.
Modern.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.
O qeyd edib ki, Ermənistan əvvəlcə Azərbaycanla razılaşmalıdır.
"Biz bundan sonra Azərbaycanın yanaşmasına görə münasibətlərimizi yönləndirəcəyik. Yəni biz Azərbaycanla danışıq olmadan bir iş görməyəcəyik", - nazir İTV-yə açıqlamasında deyib.