“Real Madrid” klubu maraqlı addımı ilə gündəmə gəlib.
“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, klub bir vaxtlar formasını geyinən Kriştiano Ronaldo, Devid Bekhem, Zinəddin Zidan, Serxio Ramos və Luiş Fiqu kimi ulduz futbolçuların soyunub-geyinmə otağındakı şkaflarını satışa çıxarıb.
Məlumata görə, 2002-2022-ci illər arasında komanda tərəfindən istifadə edilən şkaflar təmir zamanı “Santiaqo Bernabeu” stadionundan çıxarılıb.
“Sotheby's” hərrac evində 24 şkafın hər biri 10 min funt-sterlinqdən (12,600 dollar) təklif olunur. Satış noyabrın 26-na qədər davam edəcək.
Hərracdan əldə olunan gəlirin bir hissəsinin “Real Madrid Fondu”na bağışlanacağı bildirib.