AZ

Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb

Bakı. Trend:

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkəninnüfuzlu və çoxsaylı dinləyici auditoriyasına malik “Kanyon”radiosuna müsahibəsi zamanı Azərbaycanın COP29-a sədrliyi zamanıəldə etdiyi nailiyyətlərdən bəhs edib.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumatagörə, müsahibə zamanı ölkəmizin ekoloji problemlərin həllinəhərtərəfli və dəstəkləyici yanaşmaya sadiqliyi, eləcə də COP29-asədrliyin əsas məqsədinin iqlim dəyişikliyi ilə mübarizədə qlobalhəmrəyliyi təşviq etmək olduğu vurğulanıb.

Diplomat tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi iləbağlı artıq müsbət nəticələr əldə olunduğunu qeyd edərək, bununiqlim dəyişikliyi ilə mübarizə üçün nəzərəçarpacaq nəticələr verənsəmərəli mexanizmlər hazırlamağa imkan verəcəyini bildirib. Eynizamanda, Bakıda keçirilən COP29 çərçivəsində indiyədək bir sıramühüm saziş və əməkdaşlıqların, o cümlədən, “Azərbaycan, Qazaxıstanvə Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı vəötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”inimzalandığını, bunun üç ölkənin əməkdaşlığında yeni mərhələolduğunu qeyd edib.

Müsahibədə ilk dəfə olaraq Bakıda COP29 çərçivəsində inkişafetməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitinin keçirildiyiqeyd olunub, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səsininqlobal arenada eşidilməsi və onların təcrübəsinin öyrənilməsinin,eləcə də ən çox bu ölkələrə təsir edən iqlim dəyişikliyi kimiqlobal problemlərə inklüziv həll yollarının axtarışının vacibliyivurğulanıb.

Sonda səfir hazırda beynəlxalq siyasətdə davam edən və kiçik adadövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə özlərinin qərarverməsinə mane olan neokolonializm təzahürləri ilə bağlınarahatlığını ifadə edib.

Qeyd edək ki, müsahibə həmçinin Meksikanın “Miled və ADRNetwork”radio kanallarında da efirə gedib.

Seçilən
5
12
az.trend.az

10Mənbələr