AZ

Moskvada ata beşaylıq qızını faciəvi şəkildə öldürdü

Rusiyanın Moskva şəhərində ata 5 aylıq qızını döyərək öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Radio1” məlumat yayıb.

Moskva yaxınlığındakı Lyubertsı şəhərində baş verən hadisənin detalları araşdırılıb və məlum olub ki, ata doğma qızını ağladığı üçün döyüb.

Ölən uşağın hər iki valideyni miqrantdır. Onun anası Ukraynadan, atası isə Tacikistandandır.

İlkin məlumata görə, ana mağazaya gedib, bu vaxt uşaq ayılıb və ağlamağa başlayıb.

Ata, 26 yaşlı Murodjon saxlanılıb. Dindirilmə zamanı o, hüquq-mühafizə orqanının əməkdaşlarına qızını öldürdüyünü etiraf edib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2-ci hissəsinin “c” bəndinin 105-ci maddəsi ilə (yetkinlik yaşına çatmayan uşağın öldürülməsi) cinayət işi başlanıb.

Seçilən
72
9
qafqazinfo.az

9Mənbələr