Bakıda keçirilən COP-29 tədbirinin müddəti uzadılıb.
İlkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans, ayın 23-də də davam edəcək.
Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib.
Xatırladaq ki, COP-29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platformadır və tədbirdə dünya ölkələrinin nümayəndələri iştirak edir./ajans.az