Türkiyə şirkətinə məxsus quru yük gəmisi Yəmən sahillərində husilər tərəfindən raket atəşlərinə tutulub.
Bu barədə Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyənin Xarici İşlər Nazirliyi hücumu pisləyib. "Husilərin Yəmən sahillərində üzərkən Türkiyə şirkətinə məxsus, Panama bayrağı altında üzən "Anadolu S" quru yükünə raket zərbələrini pisləyirik", - nazirliyin açıqlamasında deyilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun