AZ

Mask ABŞ-də qanuni miqrasiya prosesində dəyişiklik etməyə çağırıb

İlon Mask Birləşmiş Ştatlarda qanuni miqrasiya prosesinin sadələşdirilməsinin vacibliyini açıqlayıb...

ABŞ-də qanuni miqrasiya prosesi yavaş və mürəkkəbdir, ona görə də onu sadələşdirmək lazımdır.

Polqon xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində yazıb.

“Amerikaya qanuni immiqrasiya hətta çox istedadlı insanlar üçün də gülünc dərəcədə yavaş və çətindir. Bunu düzəltmək lazımdır”, deyə Mask amerikalı qadının hazırladığı videoda ərinin altı il əvvəl kollec oxumaq üçün ölkəyə köçməsinə və 2,5 il əvvəl evlənmələrinə baxmayaraq, ABŞ vətəndaşlığını almaq problemlərindən danışdığını yazıb.

Qadın həmçinin bütün lazımi sənədləri ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) göndərdiklərini, aylar sonra ərinin COVID-19-a qarşı peyvənd sertifikatı alması lazım olduğunu söyləndiyini yazıb. Halbuki bu qeyri-qanuni immiqrantlardan bu tələb olunmur.

Qeyd edək ki, noyabrın 18-də Donald Tramp hərbi resurslardan istifadə edərək və fövqəladə vəziyyət tətbiq etməklə qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlamaq niyyətini təsdiqləyib.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr