İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr günorta saatlarında Livanın cənub sahilindəki Tir şəhəri yaxınlığında bir neçə kəndə zərbələr endirib.
APA “Lebanon24” portalına istinadən xəbər verir ki, hava hücumları nəticəsində 9 nəfər ölüb, 65 nəfər yaralanıb.
Bildirilib ki, ən çox ziyan bir neçə evin dağıldığı Maarak şəhərinə dəyib.