AZ

“Ford” Avropada 4 min iş yerini ixtisar edəcək

Elektrikli avtomobillərə tələbatın azalması və Çin istehsalçıları ilə şiddətli rəqabət səbəbindən “Ford” şirkəti 2027-ci ilin sonuna qədər Avropada təxminən 4 min iş yerini ixtisar etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunur ki, ixtisarlar Almaniyada 3 min, Böyük Britaniyada isə 800 işçiyə təsir edəcək və bu, avtomobil istehsalçısının Avropadakı işçi qüvvəsinin 14 %-i deməkdir.

İxtisarlar həmkarlar ittifaqları ilə müzakirə edilir, şirkət isə diqqətini daha ​​gəlirli sahələrə yönəldəcək. Daha əvvəl “Ford”un rəhbəri Cim Farli elektrikli avtomobillərin istehsalının 40 % daha az işçinin tələb etməsi barədə bildirib.

“Ford”un Avropada rəqabətədavamlı qalmasını təmin etmək üçün qətiyyətli addımlar atmağımız çox vacibdir”, - şirkətin vitse-prezidenti Deyv Conston deyib.

Oxşar vəziyyət Almaniyada zavodlarını bağlamağı, bazar payının itirilməsi səbəbindən genişmiqyaslı ixtisarlar planlaşdıran “Volkswagen” şirkətində də müşahidə olunur.
Seçilən
1
2
sherg.az

10Mənbələr