Azərbaycanda Elm və Təhsil fondlarının birləşdirilməsi təklif olunub.
Bu təkliflə Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsində elmə 244 milyon manat vəsait ayrılması nəzərdə tutulub:
"Bu, çox böyük məbləğdir və gənc tədqiqatçıların maliyyələşməsi, onların elmə töhfəsini artırmaq üçün uğurlu addım olar. Eyni zamanda 2025-ci ilin büdcəsində doktorantların xaricdə elmi fəaliyyəti, araşdırmalar aparması üçün vəsait ayrılması vacibdir. Bunun üçün indiyə qədər büdcədə heç vaxt vəsait nəzərdə tutulmayıb”.