AZ

"Real"a "yox" dedi, "Siti"ni seçdi

style='margin-bottom:10px;'>

"Bayer"in yarımmüdafiəçisi Florian Virtz karyerasını "Mançester Siti"də davam etdirmək istəyir.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Leverkuzen təmsilçisi transfer üçün "şəhərlilər"dən 120 milyon avro istəyəcək. 

21 yaşlı alman futbolçu “Mançester Siti”də müqaviləsi başa çatmaq üzrə olan Kevin De Bruyneni əvəzləmək istəyir. Virtzə daha əvvəl "Real" və "Bavariya"dan da təklif gəlib. Lakin o, bu komandalarda start heyətdə oynamaq imkanını görmədiyi üçün "Mançester Siti"yə keçməyə üstünlük verib. 

Qeyd edək ki, bu mövsüm Virtz klub və milli komandanın heyətində bütün yarışlarda 23 matça çıxıb, 10 qol vurub və 3 qolun ötürməsini verib. 

Seçilən
12
teleqraf.com

1Mənbələr