AZ

Bazarlarda qanunsuz və uçotsuz fəaliyyətin qarşısı alınacaq - Orxan Nəzərli

Bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq.

Fins.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli məlumat verib.

O.Nəzərli qeyd edib ki, bazarlar iqtisadi əməliyyatların rəsmiləşdirilməsi prosesində mühüm rol oynayır:

"Sahibkarların fəaliyyətinin rəsmiləşdirilməsi asanlaşacaq. Bazar mülkiyyətçiləri üzərində vergi uçot nəzarəti tətbiq olunacaq. Ölkə ərazisində kassalaşma prosesinin əsası kimi uçot intizamı düzgün qurulacaq. Bu mexanizm qonşu dövlətlərdə də uğurla tətbiq olunur. Mikrosahibkarlıq fəaliyyəti üçün yeni yanaşmalar da nəzərdə tutulub. Bu dəyişikliklər özəl sektorda çalışan sahibkarlar üçün vacib və gözlənilən yeniliklərdir. Bununla yanaşı, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması və qanunvericilik sahəsində olan gözləntilərin qarşılanması məqsədilə də addımlar atılır."

Təklif olunan dəyişikliklərin əsas məqsədi bazarlarda qanunsuz fəaliyyətin qarşısını almaq, iqtisadi əməliyyatları rəsmiləşdirərək dövlət büdcəsinə daxilolmaları artırmaqdır.

Seçilən
0
5
fins.az

9Mənbələr