Türkiyənin İzmir şəhərində üç polis əməkdaşının yaralanması ilə bağlı aparılan araşdırma çərçivəsində 11 şübhəli saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, istintaq davam edir.
Məlumata görə, yaralanan polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, noyabrın 20-də axşam saatlarında silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.
***
00:23
Türkiyənin İzmir şəhərində bir qrup tərəfindən polis əməkdaşlarına silahlı hücum olub.
Busaat.az xəbər verir ki, hadisə İzmirdə şübhəlilərin saxlanılması zamanı baş verib. Ələ keçirilən şəxslər polis əməkdaşlarına atəş açıb.
İlkin məlumata görə, hadisə zamanı üç polis əməkdaşı yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.