AZ

Azərbaycana idxal olunan elektromobillərin xüsusi çəkisi artıb

Azərbaycana idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi 2021-ci ildəki 0,19 faizdən 2023-cü ildə 3,5 faizə yüksəlib.

FED.az xəbər verir ki, bu barədə COP29-un onuncu günündə Mavi Zonada “Urbanizasiya / Nəqliyyat / Turizm” günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada bildirilib.

“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nəticələr”in təqdimatı zamanı qeyd edilib ki, idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi 2021-ci ildəki 0,19 faizdən 2023-cü ildə 3,5 faizə yüksəlib.

Eyni zamanda, elektrik enerjisi doldurma infrastrukturun inkişafı sahəsində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlərin və Vahid Elektrikdoldurma Platformasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda “Azərişıq” ASC və digər dövlət təşkilatları ilə yanaşı özəl sektor nümayəndələrinin təşəbbüsləri nəticəsində ümumilikdə 300-dən çox elektrikdoldurma cihazı quraşdırılıb.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova daha təmiz dünya və daha dayanıqlı gələcəyin formalaşdırılmasında karbon izini azaltmağa yönəlmiş ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin rolunu xüsusi vurğulayaraq ölkəmizdə bu sahədə aparılan islahatlar barədə məlumat verib.

AzərbaycanaAzərbaycana
Seçilən
31
4
fed.az

10Mənbələr