AZ

Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcək

Bakı. Trend:

Bu gün su ehtiyatlarının idarə olunması məsələlərinə həsredilmiş Bakı Bəyannaməsi qəbul ediləcək.

Trend xəbər verir ki, bubarədə BMT-nin Qlobal Sazişi Baş direktorunun Su Mandatının rəhbəriCeyson Morrison jurnalistlərə bildirib.

"İqlim dəyişikliyinin təsirlərini azaltmaq barədə danışsaq,irəliləyişimiz kifayət qədər sürətli deyil, ambisiyalarımız hələ dəkifayət qədər yüksək deyil və nəticələr hələ də qarşıya qoyulanməqsədlərə uyğun gəlmir. Eyni zamanda, iqlim dəyişikliklərinəuyğunlaşmanın və dayanıqlığın artırılmasının vacibliyini daha çoxdərk edirik.

Bu və növbəti konfransda su və iqlim dəyişikliklərinə uyğunlaşmaməsələləri əsas müzakirə mövzularına çevrilir və qlobal adaptasiyafəaliyyət proqramı ilə müşayiət olunur. Ümid edirəm ki, bu günqəbul ediləcək Bakı Bəyannaməsini inkişaf etdirməyə davam edəcəyikvə gələn il Braziliyada keçiriləcək növbəti konfransa doğru buimpulsu gücləndirəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
50
5
az.trend.az

7Mənbələr