“Mançester Siti”nin 4 futbolçusu zədəsini sağaldıb.
Futbolpress.az xəbər verir ki, Kevin de Bruyne, Cek Qriliş, Con Stounz və Manuel Akanci komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Mançester Siti” Premyer Liqanın XII turunda noyabrın 23-də “Tottenhem”lə qarşılaşacaq.