Çindən olan bir qadın doqquz uşaq dünyaya gətirib. O, bununla da dayanmaq fikrində deyil. Qadın 12 ilin hamısını “bir yerə yığmaq” istəyir və ümid edir ki, övladları gələcəkdə eyni ailə modelini seçəcəklər.
NOCOMMENT.az bildirir ki, 33 yaşlı çinli qadının dediyinə görə, o, ərinin yaxşı genlərini israf etmək istəmir. Məhz buna görə də o, böyük ailə ideyası ilə çıxış edib. O, illərin kolleksiyası toplamaq istəyir.
Çinin şərqindəki Zhejiang əyalətindən olan 33 yaşlı Tian Dongxia ambisiyalarını 2008-ci ildə yenidən tanış olduğu əri Zhao Wanlongun yaxşı genlərini israf etmək istəməməsi ilə izah edir.
Cütlük Pələng ili olan 2010-cu ildə ailə qurub, bir qız övladları doğulub. Sonrakı illərdə onların ailəsi daha səkkiz uşaqla, o cümlədən Əjdaha ilində doğulan əkiz oğlanlarla tamamlanıb. 2022-ci ilin noyabrında doğulan kiçik oğlu da Pələng olduğu üçün “təkrar”a yol verilib. Gənc qadın çox uşaq sahibi olmağın nemət olduğuna inanır.
Bu günə olan məlumata görə, cütlüyün beş oğlu və dörd qızı var, lakin bununla da dayanmayacaqlar. Çünki “kolleksiya”da hələ Öküz, Dovşan, İlan, At və Keçi yoxdur.
Ailə onuncu övladının dünyaya gəlməsinə hazırlaşır, lakin qadının sağlamlığı Əjdaha ilində bunun baş verməsinə imkan verməyib.
Tian Dongxia, “Səhhətimlə əlaqədar Əjdaha ilində uşaq dünyaya gətirə bilmədim, ona görə də gələn İlan ilinə ümid edirəm” – deyə bildirib.
Qeyd edək ki, Zhao elektrik təchizatı şirkətinin baş direktoru və təsisçisidir, Tian isə şirkətin baş meneceridir. Onlar 2009-cu ildən öz bizneslərini idarə edirlər. Bəzi mənbələrə görə, ildə 55 milyon dollara qədər mənfəət əldə etməklə maliyyə problemi yaşamırlar. Cütlük 2 min kvadratmetrlik villada yaşayır. Altı dayə və dietoloq uşaqlara baxmağa kömək edir.
Qadın övladlarının da böyük ailə qurmaq istəyəcəklərinə ümid edir. Gələcək ailə böyüməsinə hazırlaşmaq üçün cütlük villanı “81 nəvələrini” yerləşdirmək üçün təmir etməyi planlaşdırır.\\sfera.az