Avropa Parlamenti (AP) növbəti beş il üçün Avropa Komissiyasının (AK) 26 komissardan ibarət yeni tərkibini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri AP-dəki mənbələrə istinadən məlumat yayıb.
Avropa Komissiyasının yeni tərkibi noyabrın sonuna qədər Strasburqda keçiriləcək AP-nin plenar iclasında da təsdiqləndikdən sonra qurum dekabrın 1-dən işə başlayacaq.
"Cebheinfo.az"