AZ

Normal təzyiq pəhrizi

Rusiyada 30 illik təzyiq xəstəsi dərmanlarla təzyiqi sala bilmədiyindən sovet dövründəki həkimlərin ürək, böyrək xəstələri üçün təyin etdiyi duzsuz, 7 və 10 nömrəli pəhrizlərlə sağalıb. O müalicə üsulunu belə təsvir edib:

“Təzyiqi tam müalicə etmək üçün möcüzə tablet yoxdur. Nə qədər çox dərman qəbul ediriksə, bir o qədər orqanların ömrü qısalır. Mən təzyiq dərmanı ilə yanaşı, ürək-damar üçün tabletlər qəbul edirdim. Dəfələrlə həkim “pəhriz saxla”– desə də, konkret necə qidalanmağı demir, mən də yeməyimdən qalmırdım. Son 1 ildə dərmanla da təzyiqim düşmürdü. Günlərlə başım gicəllənir, ürəyim bulanırdı.

Mən duzsuz qidalanmağa keçdim. Buna alışmaq ilk günlər çətin olsa da, getdikcə toyuq, ət, salatlar duzsuz da dadlı gəlirdi. Şorbaları ədviyyat, quru və təzə göyərti ilə dadlandırdım. Menyuya paxlalar, yarmalar daxil etdim. 3 gündən sonra ilk təsir hiss olundu: axşama kimi ayaqlarım şişmədi, başımdakı ağrı və təzyiq itdi. İnsan zamanla yüksək təzyiqə elə uyğunlaşır ki, onu hiss etmir. Bəzən 160–180 təzyiqlə adama elə gəlir ki, hər şey normaldır.

Bu qidalanma ilə bir ay sonra mən demək olar, çox dərmanlardan imtina etdim, cəmi bir təzyiq dərmanım qaldı, bədənim yüngülləşdi, enerjim artdı. İndi təzyiqim 140-dan yuxarı qalxmır, bir az yüksələn kimi dərhal hiss edirəm. Bu, o zaman baş verir ki, mən ya qonaq gedib, ya da, restoranda, kafedə yeyib pəhrizimi pozuram”.

Z.HÜSEYNLİ
XQ

Seçilən
40
xalqqazeti.az

1Mənbələr