AZ

Muxtar Babayev: Gender bərabərliyi həm də iqlim bərabərliyinin təməl daşıdır

“İqlim problemləri milyonlarla insanı aclıq vəziyyətində yaşamağa məcbur edir. Bundan daha çox qadınlar və gənc qızlar əziyyət çəkir”.

APA xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Şəffaflıqda Gender" mövzusunda yüksək səviyyəli tədbirdə deyib.

O bəyan edib ki, Paris İqlim Sazişi əsasında müəyyən edilmiş çərçivə bizə gender hesabatlılığı ilə bağlı geniş imkanlar açır:

“Gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də iqlim bərabərliyinin təməl daşıdır. Qadınlar və gənc qızlar xüsusilə həssas vəziyyətdədir. İqlim problemləri milyonlarla insanı aclıq vəziyyətində yaşamağa məcbur edir. Biz qadınların cəmiyyətdə rolunun artırılmasını vacib sayırıq. Bu məqsədlə biz Lima İş Çərçivəsini tərtib edib burada çoxsaylı tədbirləri nəzərdə tutmuşuq. Aşağı karbonlu iqtisadiyyata keçid mütləq təmin edilməlidir. Paris İqlim Sazişinin əsasında müəyyən edilmiş çərçivə bizə gender hesabatlılığı ilə bağlı geniş imkanlar açır. Bu gün burada iştirak edənləri ümumi məqsədlər birləşdirir. Biz gender komponentlərinin şəffaflıq prosesində iştirakını gücləndirməliyik. Şəffaflıq hesabatları bu ilin sonunadək təqdim edilməlidir. Gəlin, "Lima Tədbirlər Planı" əsasında müəyyən olunmuş prinsiplərə əməl edək".

Seçilən
8
1
apa.az

2Mənbələr