AZ

Bakıda bu dövlət müəssisəsinin binası 6,1 milyona satılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhərində dövlət müəssisəsinin binasını hərraca çıxaracaq.

Azreform.info Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 7 yanvar 2025-ci il tarixində təşkil olunacaq.

Məlumata görə, hərraca çıxarılacaq obyekt AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin tabeliyindəki "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Sözügedən əmlakın ümumi ilkin (start) satış qiyməti 6 150 000 manat, 10% behin həcmi isə 615 000 manat müəyyənləşib.

Hərrac Bakı şəhərində müvafiq hərrac komissiyası tərəfindən keçiriləcək.

7 yanvar 2025-ci il tarixdə saat 10:00-da Bakı şəhərində təkrar hərraca çıxarılacaq dövlət müəssisəsi barədə məlumatı təqdim edirik:

Seçilən
0
23
azreform.info

10Mənbələr