AZ

Azərbaycanın ixracı kəskin azaldığı üçün saldo 2,5 dəfə kiçilib

2024-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının cəmi həcmi 39 milyard 378 milyon 679 min ABŞ dolları təşkil edib.

Marja.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

O cümlədən, ixrac 22 milyard 742 milyon 284 min ABŞ dolları, idxal 16 milyard 636 milyon 395 min ABŞ dolları, saldo müsbət 6 milyard 105 milyon 889 min ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki,  2023-cü ilin 10 ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi43 milyard 520 milyon 185 min ABŞ dolları, o cümlədən, ixrac 29 milyard 345 milyon 994 min ABŞ dolları, idxal 14 milyard 174 milyon 191 min ABŞ dolları, saldo müsbət 15 milyard 171 milyon 804 min ABŞ dolları təşkil etmişdi.

Seçilən
4
marja.az

1Mənbələr