AZ

Türkiyə-Azərbaycan Universitetinə bu qədər tələbə QƏBUL EDİLƏCƏK

Növbəti ildə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait proqnozlaşdırılıb.

Modern.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ötən gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 87 tələbə təhsil alır, növbəti ildə əlavə 150 tələbə qəbulu planlaşdırılır.

Seçilən
0
4
modern.az

10Mənbələr