AZ

"Uyğunlaşma xüsusi tədbirlər və adekvat maliyyə tələb edir" - Umayra Tağıyeva

“Ä°qlim dəyişikliyinin mənfi nəticələri bugünkü həyatımızda özünü büruzə verir. Dünya artıq orta temperaturun və fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır. Ölkələr və icmalar iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün uyğunlaşma həlləri hazırlamalı və tədbirlər həyata keçirməlidir. Uyğunlaşma tədbirləri ölkənin və ya regionun unikal kontekstindən asılı olaraq bir çox formada ola bilər. Siz yaxşı bilirsiniz ki, “hər kəsə uyğun bir həll” yoxdur, lakin eyni ekosistemləri paylaşan ölkələr üçün əməkdaşlıq, bilik və təcrübə mübadiləsi bu mənada çox vacibdir”.

Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda tədbirdə deyib.

Nazir müavini bildirib ki, uğurlu uyğunlaşma təkcə hökumətlərdən deyil, həm də maraqlı tərəflərin, o cümlədən yerli icmaların, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatların, dövlət və özəl sektorların, vətəndaş cəmiyyətinin və digər müvafiq subyektlərin fəal və davamlı cəlb edilməsindən, eləcə də biliyin səmərəli idarə edilməsindən asılıdır.

“Ölkələrimiz həqiqətən unikaldır. Coğrafi yerləşməsi və müxtəlif relyefi xüsusilə dağlıq ərazilərdə iqlim dəyişikliyinin səbəb olduğu ekoloji və digər problemlər yaratmaqdadır. Qışda buzlaqların əriməsi və qar sahəsinin azalması çaylarda suyun səviyyəsinin azalmasına səbəb olur. Son 10 ildə quraqlığın müddəti 19 faiz artıb. Yağıntıların ümumi miqdarının 10 faiz azalması kənd təsərrüfatına ciddi təsir göstərib.

Həmin proseslər ekosistemlərə təsir edir və biomüxtəliflik üçün risklərə səbəb olur. Ä°qlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) 6-cı qiymətləndirmə hesabatı növlərin itməsi riskindən bəhs edir. Uyğunlaşma nə edilə biləcəyi barədə mücərrəd düşünmək deyil. Uyğunlaşma xüsusi tədbirlər və adekvat maliyyə tələb edir. COP29 Ä°qlim Fəaliyyəti Gündəliyi iqlim dəyişikliyi ilə bağlı təcili, kritik problemi həll etmək üçün millətlər arasında ortaq öhdəliyimizi nümayiş etdirir.

Azərbaycanda MAP prosesi ilə səyahətimiz BMTÄ°P və Yaşıl Ä°qlim Fondunun dəstəyi ilə başladı. Bu tərəfdaşlıq bizim ilkin milli uyğunlaşma planımızın formalaşmasında mühüm rol oynadı, orada dağlar ekosisteminin zəifliyi qiymətləndirilmiş və müvafiq uyğunlaşma tədbirləri hazırlanıb”, - deyə U.Tağıyeva qeyd edib.

Seçilən
50
adalet.az

1Mənbələr